Ev Hərbi XəbərlərABŞ kəşfiyyatından İranla bağlı təhlükə siqnalı: Tramp administrasiyasının rəsmiləri hədəfdə

ABŞ kəşfiyyatından İranla bağlı təhlükə siqnalı: Tramp administrasiyasının rəsmiləri hədəfdə

by Baş Redaktor
46 Baxış

ABŞ Prezidenti Donald Tramp İranın Birləşmiş Ştatlara qarşı mümkün hücum hazırlıqları ilə bağlı yayılan məlumatlara münasibət bildirib və Tehrana növbəti dəfə sərt xəbərdarlıq edib. O, belə bir təhlükənin reallaşacağı təqdirdə İranın indiyədək heç bir dövlətin üzləşmədiyi ağır nəticələrlə qarşılaşacağını deyib.

Army.az xəbər verir ki, Tramp bu fikirləri noyabrın 17-də Filippinin paytaxtı Manilada keçirilən ASEAN sammitinin 49-cu toplantısı çərçivəsində jurnalistlərlə söhbətində səsləndirib.

Bundan əvvəl CNN telekanalı noyabrın 16-da yeddi ABŞ rəsmisinə istinadən Vaşinqtonun İranla bağlı yeni kəşfiyyat məlumatları əldə etdiyini açıqlayıb. Məlumata əsasən, Tehran Donald Tramp administrasiyasının yüksək vəzifəli nümayəndələrini hədəfə almaq üçün mümkün hücum ssenariləri üzərində işləyir.

Telekanalın məlumatında Vaşinqtonda “çirkli bomba” və ya kimyəvi silahdan istifadə etməklə hücum həyata keçirilməsi ehtimalının da nəzərdən keçirildiyi bildirilir. Bununla belə, ABŞ rəsmiləri İranın belə bir hücumu həyata keçirmək imkanına və niyyətinə malik olub-olmaması məsələsində fərqli mövqelər sərgiləyirlər

banner

Sammit çərçivəsində çıxış edən Tramp bir daha İranın nüvə silahına sahib olmamalı olduğunu vurğulayıb.

ABŞ Prezidenti Vaşinqtonda mümkün kimyəvi silah və ya “çirkli bomba” hücumu planları ilə bağlı sualı cavablandırarkən administrasiyasının bu məlumatlara ciddi yanaşdığını bildirib.

Əlaqəli Yazılar Xüsusi