Ev Hərbi XəbərlərMüharibədə yeni səviyyə: partlayış belə bu toru məhv edə bilmir

Müharibədə yeni səviyyə: partlayış belə bu toru məhv edə bilmir

by Baş Redaktor
52 Baxış

Rusiyada partlayışdan sonra özünü bərpa edə bilən innovativ antidron toru – “Darwin-Z” hazırlanıb.

Army.az xəbər verir ki, bu barədə “Mechanical Protection Systems” şirkətinin baş direktoru Dmitri Dorofeyev məlumat verib.

Onun sözlərinə görə, dron torun üzərində partlayanda konstruksiya tam dağılmır, əksinə “sürüşür” — qonşu hüceyrələr yerini dəyişərək yaranmış boşluğu qismən doldurur. Bu isə zədələnmiş sahəni təxminən 50 faiz azaldır və eyni dəlikdən yenidən daxil olmağı xeyli çətinləşdirir.

Məlumata əsasən, tor polipropilendən hazırlanıb və hər kvadrat metr üçün cəmi 40 qram çəkir. Perimetr boyunca və əsas nöqtələrdə xüsusi montaj və güc elementləri yerləşdirilib. Gərginlik zamanı onlar daşıyıcı tros funksiyası görən “damarlar” yaradır. Sistem bütöv örtük şəklində təqdim olunur və sadəcə dayaqlara bərkidilməklə quraşdırıla bilir.

banner

Əlaqəli Yazılar Xüsusi