Ev DünyaAlyans sınaq qarşısında: NATO parçalanır?

Alyans sınaq qarşısında: NATO parçalanır?

by Baş Redaktor
26 Baxış

Rusiya Ukrayna üçün dron istehsal edən Avropa müəssisələrinə zərbə endirərsə, Vaşinqtonun Avropa ölkələrinə dəstək verməsi real görünmür.

Army.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş kəşfiyyatçısı və hərbi analitiki Scott Ritter məlumat verib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Avropada yerləşən və Ukrayna üçün pilotsuz uçuş aparatları və onların komponentlərini istehsal edən müəssisələrin ünvanlarını açıqlamışdı. Siyahıya müxtəlif ölkələrdə yerləşən 11 obyekt daxil edilib. Daha sonra Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev həmin siyahını “potensial qanuni hədəflər reyestri” kimi qiymətləndirmişdi.

Ritter hesab edir ki, Avropa ölkələri hazırda riskli addımlar atır və əgər Moskva buna cavab versə, ABŞ-ın müdaxilə etməsi ehtimalı aşağıdır. Onun sözlərinə görə, Donald Tramp belə vəziyyətdə məsuliyyəti avropalıların üzərinə qoyacaq.

banner

O əlavə edib ki, Rusiya bu cür zərbələrlə NATO daxilində həmrəyliyin nə dərəcədə mövcud olduğunu yoxlamağa çalışacaq və onun fikrincə, alyans artıq zəifləmə mərhələsinə daxil olub.

Əlaqəli Yazılar Xüsusi