Rusiya tərəfi beşinci nəsil “görünməz” döyüş təyyarəsi Sukhoi Su-57-nin Ukraynada aparılan hərbi əməliyyatlar zamanı effektiv nəticələr göstərdiyini iddia edib.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Keçmiş müdafiə naziri Sergey Şoyqu Su-57-in əməliyyatlar zamanı “yüksək effektivlik nümayiş etdirdiyini” bildirib.
Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl keçirilən beynəlxalq iqtisadi forumda Su-57-ni dünyanın ən yaxşı döyüş təyyarələrindən biri adlandırmış, həmçinin Rusiya və Hindistanın bir vaxtlar bu layihəni birgə inkişaf etdirməyi müzakirə etdiyini xatırlatmışdı.
