Ev DünyaPekin: beynəlxalq gəmiçilik üçün Hörmüz açıq qalmalıdır

Pekin: beynəlxalq gəmiçilik üçün Hörmüz açıq qalmalıdır

by Baş Redaktor
16 Baxış

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian Hörmüz boğazı ilə bağlı açıqlama verib.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

O bildirib ki, Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün mühüm marşrutdur və burada təhlükəsiz, sərbəst keçidin tezliklə bərpa olunması bütün tərəflərin maraqlarına uyğundur.

Çin rəsmisi əlavə edib ki, Pekin bu məsələ üzrə maraqlı dövlətlər və beynəlxalq ictimaiyyətlə əlaqələri davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Çin həm öz kapitallı gəmilərin, həm də Çin bayrağı altında üzən gəmilərin təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirəcək.

banner

Əlaqəli Yazılar Xüsusi