Ev GündəmPapa XIV Leo təhlükəli anlar yaşadı – Avtomobil qəfil dayandı, üzünə…

Papa XIV Leo təhlükəli anlar yaşadı – Avtomobil qəfil dayandı, üzünə…

by Baş Redaktor
42 Baxış

Peruda Roma Papası XIV Leonun olduğu avtomobil yolda qəfil əyləcləyib. Hadisə zamanı pontifikin başını ön oturacağa vurmaq təhlükəsi yaranıb.

Army.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Perunun “Exitosa” nəşrinin 15 noyabr 2026-cı il tarixli məlumatına görə, insident Kalyau bölgəsində, Faucett və Argentina prospektlərinin kəsişməsində qeydə alınıb. Papa avtomobillə hərəkət edərkən sürücü gözlənilmədən əyləci basıb.

Nəticədə XIV Leo və avtomobilin ön oturacağında əyləşən mühafizə əməkdaşı irəliyə doğru hərəkət ediblər. Pontifikin başının ön oturacağa dəyməsi təhlükəsi yaransa da, onun xəsarət alması barədə məlumat yayılmayıb.

banner

Digər tərəfdən Limada popemobilin üzərində dayanaraq izdihamı salamlayan Papa XIV Leoya təsbəh atılıb. O bu zərbədən yayına bilməyib.

Əlaqəli Yazılar Xüsusi