Erməni siyasətçi Nikol Paşinyanın dekabrda Rusiyaya gözlənilən səfərlərindən hər hansı müsbət nəticə əldə olunacağına inanmır.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın “Respublika” Partiyasının sədri Aram Sərkisyan danışıb.
O, Rusiyanı Ermənistan üçün “qara kağız” göndərən dövlət kimi xarakterizə edərək, Moskva ilə danışıqlardan müsbət nəticə gözləməyin mənasız olduğunu bildirib.
Sərkisyanın sözlərinə görə, Rusiya tərəfi görüşlər zamanı Paşinyana müəyyən qərarları qəbul etdirməyə çalışacaq.
Siyasətçi hətta qazın olmaması, enerji qiymətlərinin bahalaşması və atom elektrik stansiyasının fəaliyyət göstərməməsi kimi çətinliklərə dözməyin mümkün olduğunu vurğulayıb. O, əsas məqsədin mövcud problemləri birdəfəlik həll etmək və gələcək nəsilləri bu vəziyyətlə üz-üzə qoymamaq olduğunu qeyd edib.
