Ev DünyaABŞ-dan Berlin diplomatiyası: Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

ABŞ-dan Berlin diplomatiyası: Ukraynanın təhlükəsizliyi müzakirə olunacaq

by Baş Redaktor
69 Baxış

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner bu həftə Berlində Ukrayna və Avropa ölkələrinin təmsilçiləri ilə görüş keçirəcəklər.

Army.az bu barədə “Axios” nəşri ABŞ administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Berlin danışıqlarının əsas məqsədi Rusiyanın Ukraynaya gələcək mümkün hücumlarının qarşısını almaq üçün təhlükəsizlik təminatlarının hazırlanması, eləcə də Ukrayna iqtisadiyyatının bərpasına dair planların müzakirəsidir.

Amerikalı rəsminin sözlərinə görə, Tramp administrasiyasının nümayəndələri Rusiya ilə dialoqu davam etdirməklə yanaşı, Ukrayna və Avropa tərəfdaşları ilə də müntəzəm əlaqə saxlayırlar.

banner

Mənbə Berlin görüşünü və Donald Trampın Çinə planlaşdırılan səfərini vahid strategiya çərçivəsində həyata keçirilən əlaqələndirilmiş diplomatik təşəbbüslər kimi xarakterizə edib.

Əlaqəli Yazılar Xüsusi