ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda nəzərəçarpacaq nəticələrin əldə olunmamasından ciddi narazılıq keçirir.
Army.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Hindistana səfəri çərçivəsində jurnalistlərlə söhbətində məlumat verib.
Rubionun sözlərinə görə, Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün diplomatik səylərə təxminən iki il vaxt ayırsa da, prosesdə irəliləyişin olmaması onu məyus edib və qəzəbləndirib.
ABŞ dövlət katibi qeyd edib ki, danışıqların indiyədək konkret nəticə verməməsi Amerika liderinin narazılığına səbəb olub.
