Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında avqustun 7-də imzalanmış Məkkə Birgə Müdafiə Sazişi ratifikasiya olunması üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Army.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, sənəddə tərəflərdən hər hansı birinə qarşı silahlı hücumun hər üç ölkəyə qarşı yönəlmiş hücum kimi qiymətləndirilməsi nəzərdə tutulur. Sazişin qüvvəyə minməsi üçün Türkiyə parlamenti tərəfindən qanunvericilik qaydasında təsdiqlənməsi tələb olunur.
Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl Səudiyyə Ərəbistanına mümkün hərbi dəstəyin göstərilməsi üçün TBMM-in razılığının alınmasının və Türk Silahlı Qüvvələrinin ölkə hüdudlarından kənarda fəaliyyətinə icazə verilməsinin vacibliyini açıqlamışdı.
