Ev DünyaQalibafdan şərt: “Hörmüz boğazı açılmayacaq”

Qalibafdan şərt: “Hörmüz boğazı açılmayacaq”

by Baş Redaktor
147 Baxış

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin hərbi qarşıdurmada üstünlük əldə etdiyini iddia edib.

Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Qalibafın sözlərinə görə, İran ordusunun hazırladığı əməliyyat planı və Ali rəhbər Müctəba Xameneinin rəhbərliyi nəticəsində qarşı tərəfə ciddi zərbə vurulub və İranın qələbəsi beynəlxalq səviyyədə qəbul edilib:

“Tehran Hörmüz boğazının açılması üçün bir sıra tələblərin yerinə yetirilməsini şərt kimi irəli sürür. İran limanlarına tətbiq edilən blokada aradan qaldırılmalı, dondurulmuş maliyyə vəsaitləri sərbəst buraxılmalı və neft sektoruna qarşı sanksiyalar dayandırılmalıdır”.

banner

Əlaqəli Yazılar Xüsusi