Ev DünyaVaşinqtondan Kiyevə “Patriot” mesajı – Ukraynanı müdafiəsiz qoymayacağıq

Vaşinqtondan Kiyevə “Patriot” mesajı – Ukraynanı müdafiəsiz qoymayacağıq

by Baş Redaktor
22 Baxış

ABŞ Ukraynanın özünü müdafiə etməsinə kömək etmək istəyir və Kiyevə hərbi tədarükü təmin etməyin yolunu tapacaq.

Army.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset.

“Harada Ukraynaya kömək edə bilmişiksə, etmişik. Harada Avropanın daha çox iş görməsinə töhfə verə bilmişiksə, bunu da etmişik. Biz istəyirik ki, onlar özlərini müdafiə edə bilsinlər və onlara yardımımızı təmin etməyin yolunu tapacağıq”, — deyə o bildirib.

Hegset bu sözləri jurnalistin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket tədarükü ilə bağlı müraciətini ABŞ-ın yerinə yetirməyə hazır olub-olmaması barədə sualına cavab olaraq səsləndirib.

banner

Əlaqəli Yazılar Xüsusi