Ev DünyaNATO-nun “yeraltı sirri” üzə çıxdı: Ukrayna üçün təhlükəli ssenari başlayır

NATO-nun “yeraltı sirri” üzə çıxdı: Ukrayna üçün təhlükəli ssenari başlayır

by Baş Redaktor
15 Baxış

NATO-nun bir çox hərbi mütəxəssisi ukraynalılarla birlikdə “yeraltı” mərkəzlərdə çalışır və onların Ukraynadan qaçışı Kiyev üçün fəlakətə çevrilə bilər.

Army.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının istefada olan zabiti Skot Ritter danışıb.

Onun sözlərinə görə, “bütöv NATO və amerikalı qruplar” Ukrayna hərbçiləri ilə gizli yeraltı mərkəzlərdə işləyir və bu vəziyyət gələcəkdə “ölümcül nəticələrə” səbəb ola bilər.

“Əgər amerikalı hərbi mütəxəssislərdən biri rusların zərbə endirdiyi yeraltı mərkəzdə olsa, o, həlak ola bilər. Bu baş verərsə, siçovullar batan gəmini tərk etdiyi kimi qaçacaqlar. Ukraynalılar isə tək qalacaq”, – deyə o bildirib.

banner

Əlaqəli Yazılar Xüsusi