Ev DünyaTokio ABŞ-ın nüvə çətirinə arxalanmağa davam edəcək

Tokio ABŞ-ın nüvə çətirinə arxalanmağa davam edəcək

by Baş Redaktor
34 Baxış

Yaponiya ABŞ-ın nüvə çətirinə arxalanmaqla yanaşı, üç qeyri-nüvə prinsipinə sadiq qalacaq.

Army.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara müdafiə naziri Şinciro Koidzuminin nüvə məsələlərinin müzakirəsinin tabu olmaması ilə bağlı çağırışını şərh edərkən bildirib.

Kihara qeyd edib ki, Yaponiya milli təhlükəsizliyini təmin etmək üçün öz müdafiə imkanlarını gücləndirməyə və ABŞ-ın nüvə silahını da əhatə edən genişləndirilmiş çəkindirmə imkanlarına güvənməyə davam edəcək.

Bununla yanaşı, Tokio ölkənin üç qeyri-nüvə prinsipinə – nüvə silahına sahib olmamaq, onu istehsal etməmək və ölkə ərazisinə gətirilməsinə icazə verməmək siyasətinə sadiqliyini qoruyacaq.

banner

Əlaqəli Yazılar Xüsusi