İran parlamentinin 38 deputatı Prezident Məsud Pezeşkiana müraciət edərək cəmiyyətdə “çılpaqlıq mədəniyyətini təbliğ edənlərə” qarşı tədbirlər görülməsini tələb edib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Müraciət Rəşt şəhərindən olan deputat Məhəmmədrza Əhmədi Səngəri və daha 37 parlamentarinin imzası ilə hazırlanıb və parlamentin plenar iclasında səsləndirilib.
Deputatlar prezidentdən İran və İslam mədəniyyətinin əsaslarının qorunmasını və dini-mənəvi dəyərlərin cəmiyyətdə saxlanılmasını istəyiblər.
