Ev DünyaPaşinyandan Azərbaycana sülh vədi: Yeni Konstitusiyadan sonra…

Paşinyandan Azərbaycana sülh vədi: Yeni Konstitusiyadan sonra…

by Baş Redaktor
55 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiyasının qəbulu ilə Azərbaycanla sülh prosesində mühüm mərhələyə keçiləcəyini bəyan edib.

Army.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hökumət başçısı vətəndaşlara müraciətində yeni Əsas Qanunun qəbulundan sonra Azərbaycanla sülh sazişinin imzalanacağına və ratifikasiya olunacağına dair vəd verib.

Paşinyan bu məsələdə özünün bütün mənəvi, siyasi və insani nüfuzunu ortaya qoyduğunu vurğulayıb.

banner

Onun sözlərinə görə, yeni Konstitusiyanın qüvvəyə minməsi yalnız sülh sazişinin imzalanmasına deyil, həm də iki ölkə arasında davamlı və institusional sülhün formalaşmasına şərait yaradacaq.

Ermənistanın baş naziri referendumun nəticələri ilə bağlı siyasi məsuliyyətini də açıqlayıb. O bildirib ki, seçicilər yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verəcək.

Paşinyan eyni zamanda layihənin referendumda dəstəklənəcəyi təqdirdə növbəti parlament seçkilərində baş nazir postu uğrunda mübarizə aparmayacağını bəyan edib.

Əlaqəli Yazılar Xüsusi