Ev Hərbi XəbərlərRusiyada “Proton-PM” zavodunda yanğın başlayıb

Rusiyada “Proton-PM” zavodunda yanğın başlayıb

by Baş Redaktor
9 Baxış

Rusiyanın Perm şəhərində fəaliyyət göstərən “Proton-PM” müəssisəsində yanğın qeydə alınıb. Zavod raket mühərriklərinin istehsalı ilə məşğul olan əsas sənaye obyektlərindən biri hesab olunur.

Army.az xəbər verir ki, hadisə barədə UNIAN “Exilenova+” monitorinq kanalına istinadən xəbər yayıb.

“Proton-PM” Rusiya raket-kosmik və maşınqayırma sektorunda mühüm yer tutan müəssisələr sırasında göstərilir. Şirkətin əsas fəaliyyət istiqamətləri arasında raket mühərriklərinin, eləcə də aerokosmik və aviasiya sahələrində istifadə olunan müxtəlif komponentlərin hazırlanması var.

“Militarnıy” nəşrinin yazdığına görə, zavodda Rusiyanın “Angara” raket ailəsində istifadə edilən RD-191 maye yanacaqla işləyən raket mühərrikləri də istehsal olunur.

banner

Əlaqəli Yazılar Xüsusi