Ev Hərbi XəbərlərLondon və Nayrobi arasında fikir ayrılığı: hərbi təlim baş tutmayacaq

London və Nayrobi arasında fikir ayrılığı: hərbi təlim baş tutmayacaq

by Baş Redaktor
50 Baxış

Böyük Britaniya və Keniya arasında keçirilməsi planlaşdırılan hərbi təlim iki ölkə arasında müdafiə əməkdaşlığının hüquqi çərçivəsi ilə bağlı yaranan fikir ayrılığı səbəbindən baş tutmayacaq.

Army.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniya Müdafiə Nazirliyi 2026-cı ilin sentyabrında Keniyada keçirilməsi nəzərdə tutulan təlimin ləğv edildiyini açıqlayıb. Qərarın əsas səbəbi müdafiə sahəsində əməkdaşlıqla bağlı zəruri razılaşmaların təsdiqlənməməsidir.

Tərəflər arasında fikir ayrılıqları əsasən yurisdiksiya, hesabatlılıq və Britaniya hərbçilərinin Keniya ərazisində fəaliyyətini tənzimləyən hüquqi qaydalarla bağlıdır.

banner

Əlaqəli Yazılar Xüsusi