Ev DünyaKobaxidze: Gürcüstan ABŞ-dan münasibətlərin bərpası üçün yol xəritəsi gözləyir

Kobaxidze: Gürcüstan ABŞ-dan münasibətlərin bərpası üçün yol xəritəsi gözləyir

by Baş Redaktor
12 Baxış

Gürcüstan hakimiyyəti ABŞ-la münasibətlərin yenidən qurulması üçün Vaşinqtonun rəsmi mövqeyini gözlədiyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Milli Müdafiənin Səlahiyyətləndirilməsi Aktı layihəsində ölkəsi ilə bağlı yer alan müddəa barədə sualı cavablandırarkən danışıb.

Kobaxidzenin sözlərinə görə, Tbilisi ABŞ ilə strateji tərəfdaşlığın konkret yol xəritəsi əsasında bərpasında maraqlıdır.

Baş nazir qeyd edib ki, sözügedən müddəa ABŞ Konqresinə konqresmen Co Uilsonun təşəbbüsü ilə daxil edilib və buna görə də Gürcüstan hökuməti həmin təşəbbüsə xüsusi əhəmiyyət vermir.

banner

Əlaqəli Yazılar Xüsusi