38
Ukraynanın Pavloqrad şəhərində mülki obyektə zərbə endirildiyi və nəticədə insan tələfatının olduğu bildirilir.
Army.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Aleksandr Qanja məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində qida istehsalı müəssisəsinə ziyan dəyib və ərazidə yanğın baş verib.
Qanja bildirib ki, hadisə zamanı 3 nəfər həyatını itirib, 19 nəfər isə xəsarət alıb. Hazırda ərazidə fövqəladə hallar xidmətlərinin işi davam edir.
