Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyasətini daha da sərtləşdirmək niyyətində olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, üzv dövlətlər Rusiyaya qarşı 21-ci sanksiya paketi ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, yeni məhdudiyyətlər Rusiyanın hərbi iqtisadiyyatını dəstəkləyən maliyyə sistemi, hərbi-sənaye kompleksi və enerji sektorunu hədəf alır.Aİ rəsmisi vurğulayıb ki, Brüssel bununla kifayətlənmək niyyətində deyil və artıq növbəti sanksiya addımları üzərində iş aparılır.
“Avropa İttifaqı Rusiya tərəfindən mümkün hər hansı yeni eskalasiyaya operativ və qətiyyətli şəkildə cavab verməyə hazır olmalıdır”, – deyə Kaya Kallas qeyd edib.
