Hörmüz boğazı yaxınlığında iki neft tankerində mina partlayışı baş verib. Hadisədən sonra hər iki gəmidə yanğın qeydə alınıb.
Army.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada bildirilib.
Məlumata görə, dənizçilik qaydalarını pozan iki gəmi Hörmüz boğazının cənub və şərq istiqamətlərində minaya düşüb. Nəticədə tankerlərdə yanğın başlayıb.
SEPAH gəmi sahiblərinə və tanker operatorlarına xəbərdarlıq edərək qadağan olunmuş ərazilərdən keçməyin ciddi təhlükələr yaratdığını vurğulayıb. Bildirilib ki, bu cür hərəkətlər həm ekipaj üzvlərinin həyatını, həm də gəmilərin təhlükəsizliyini risk altına qoyur.
