İran İslam Respublikası Ordusunun sözçüsü Məhəmməd Əkrəmi-Niya ölkənin raket proqramı ilə bağlı yeni açıqlama verib.
Army.az xəbər verir ki, o, müharibədən sonra raketlərin uçuş məsafəsinin və sürətinin artırılması barədə qərara gəldiklərini bildirib.
Əkrəmi-Niyanın sözlərinə görə, raketlərin gələcək nəsilləri daha yüksək sürət və dəqiqlik imkanlarına malik olacaq.
O, həmçinin İranın quru və dəniz qüvvələrinin istifadə etdiyi raketlərin mənzilinin artırılmasının planlaşdırıldığını açıqlayıb.
