Ev DünyaTramp öz varislərinin adını açıqladı: “Mükəmməldir”

Tramp öz varislərinin adını açıqladı: “Mükəmməldir”

by Baş Redaktor
16 Baxış

ABŞ Prezidenti Donald Tramp gələcəkdə onu əvəz edə biləcək siyasətçilər barədə danışıb.

Army.az xəbər verir ki, o, Dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vensi özünün mümkün siyasi davamçıları kimi qiymətləndirib.

Tramp bu fikirləri “Polis Əməkdaşları Həftəsi” münasibətilə keçirilən rəsmi şam yeməyində səsləndirib.

ABŞ liderinin sözlərinə görə, Rubio və Vensin birlikdə güclü siyasi tandem yaratmaq potensialı var.

banner

“Cey Di və Marko – bu adlar seçki bülletenində çox yaxşı görünərdi. Onlar həqiqətən də güclü namizədlərdir”, – deyə Tramp bildirib.

Bununla yanaşı, o, belə bir komandanın formalaşmasına mane ola biləcək müəyyən “xırda detalların” da mövcud olduğunu vurğulayıb.Tramp əlavə edib ki, hər iki siyasətçi Respublikaçılar Partiyasının gələcəyi üçün mühüm fiqurlar hesab olunur.

Əlaqəli Yazılar Xüsusi