ABŞ Prezidenti Donald Tramp qarşıdakı Konqres seçkilərində Demokratlar Partiyasının qələbə qazanmasının ölkə iqtisadiyyatı üçün ağır nəticələrə səbəb olacağını bildirib.
Army.az xəbər verir ki, Trampın sözlərinə görə, Demokratların hakimiyyətə gəlməsi halında onun administrasiyasının tətbiq etdiyi ticarət tarifləri ləğv edilə bilər və bu isə dövlətin maliyyə imkanlarına ciddi zərbə vura bilər.
“Əgər biz, respublikaçılar qalib gəlsək, bu dividendlər – 5 min dollar məbləğində – ödəniləcək. Demokratlar isə bunu edə bilməzlər, çünki onlar tariflər tətbiq etmirlər və bu da ölkəni iflasa aparacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti tarif siyasətini büdcə gəlirlərinin artırılması və ölkənin böyük dövlət borcunun azaldılması üçün əsas vasitələrdən biri kimi təqdim edir. Trampın 5 min dollarlıq “dividend” vədi isə yalnız Respublikaçılar Partiyasının noyabr seçkilərində Nümayəndələr Palatası və Senatda nəzarəti saxlaması şərti ilə irəli sürülüb. Bu ödənişin reallaşması üçün Konqresin təsdiqi də tələb olunur.
Xatırladaq ki, ABŞ-da aralıq seçkilər 3 noyabr 2026-cı ildə keçiriləcək.
