Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanda keçirilən parlament seçkiləri ilə bağlı şərh verməkdən çəkinib.
Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kremlin rəsmi nümayəndəsi seçkilərin yekun nəticələri açıqlanmadan hər hansı qiymətləndirmə aparmağın düzgün olmadığını bildirib.
“Hələlik bu seçkilər ətrafında yayılan bütün məlumatları diqqətlə izləyirik. O cümlədən seçkilər zamanı baş verdiyi bildirilən çoxsaylı pozuntularla bağlı xəbərləri də qeydə alırıq”, – Peskov deyib.
