ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə görüşündə Rusiya, ABŞ və Çinin iştirakı ilə silahlara nəzarət üzrə üçtərəfli danışıqların keçirilməsini təklif edib.
Army.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Si Cinpin sentyabrın 24-25-də ABŞ-da dövlət səfərində olub.
Bundan əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb. İddialara görə, Zelenski bu təklifi qəbul etməyib. Agentlik mənbələrinin məlumatına əsasən, ABŞ prezidentinin çağırışı Ukrayna liderinin narazılığına səbəb olub.
