Ermənistan TRIPP (“Tramp marşrutu”) layihəsi çərçivəsində şirkətin nizamnaməsi və səhmdarlar arasında sazişin hazırlanması istiqamətində işləri davam etdirir.
Army.az bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
Nazir bildirib ki, sənədlərin hazırlanması artıq son mərhələyə yaxınlaşır. O, yaxın günlərdə məsələ ilə bağlı yeni məlumatların açıqlanacağına ümid etdiyini vurğulayıb. Mirzoyanın sözlərinə görə, ictimaiyyətə açıqlanması mümkün olan bütün sənədlər dərc ediləcək və müəyyən olunmuş prosedurlara uyğun olaraq müvafiq mərhələlərdən keçiriləcək.
XİN rəhbəri qeyd edib ki, layihə üzrə hazırlıq prosesi davam edir və sənədlərin gələcək taleyi onların təsdiqlənməsindən asılıdır.
