Ev DünyaPutin Trampla Çində mümkün görüşü Uitkoffla müzakirə etmək istəyir

Putin Trampla Çində mümkün görüşü Uitkoffla müzakirə etmək istəyir

by Baş Redaktor
43 Baxış

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla Çində keçirilə biləcək görüşlə bağlı məsələləri ABŞ liderinin xüsusi elçisi Stiv Uitkoffla müzakirə etmək niyyətində olduğunu bildirib.

Army.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin Uitkoffla görüş zamanı Ukraynadakı münaqişənin və Fars körfəzi regionunda yaranmış böhranın həlli ilə yanaşı, Çin Xalq Respublikasında Trampla mümkün təmas barədə də fikirlərini bölüşmək istədiyini qeyd edib.

Rusiya liderinin sözlərinə görə, sadalanan məsələlər və digər aktual mövzular tərəflər arasında keçirilən fikir mübadiləsinin əsas istiqamətlərini təşkil edə bilər.

banner

“Bu məsələlər və digər mövzular, şübhəsiz ki, bugünkü fikir mübadiləmizin əsasını təşkil edə bilər. Buraya Çin Xalq Respublikasında mümkün görüş də daxildir. Bu məsələ ilə bağlı da sizinlə bölüşmək istədiyim bəzi fikirlərim var”, – deyə Putin Uitkoffa bildirib.

Əlaqəli Yazılar Xüsusi