Ermənistan ordusunda 22 yaşlı hərbçi ölüb.
Army.az xəbər verir ki, hadisə Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verib. Ölən hərbçinin İrəvan sakini olduğu bildirilir.
Bildirilib ki, Edqar Gevorqi Gevorgqyan Vayk şəhərində yerləşən hərbi hissələrdən birində hərbi xidmət keçib.
“24News” daha əvvəl Ermənistan Silahlı Qüvvələrində qeyri-döyüş şəraitində hərbçinin öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi də faktı təsdiqləyib.
Nazirliyin məlumatında bildirilib ki, avqustun 23-də “N” saylı hərbi hissənin hərbi qulluqçusu Edqar Gevorqi Gevorgqyanın odlu silah yarası almış meyiti aşkarlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün hazırda araşdırma aparılır.
