İranla əlaqəli hakerlər Britaniyada həyata keçirdikləri kiberhücum nəticəsində bir elektrik stansiyasının fəaliyyətini dörd gün müddətinə dayandırıblar.
Army.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Bildirilib ki, hadisə ötən ay ABŞ-ın su təchizatı infrastrukturuna qarşı həyata keçirilən bir sıra kiberhücumlarla eyni vaxta təsadüf edib. Həmin hücumlar 12 ştatın infrastrukturuna təsir edib.
Britaniya rəsmiləri təhlükəsizlik səbəbindən hücuma məruz qalan elektrik stansiyasının adını açıqlamayıblar.
Məlumata görə, sözügedən elektrik stansiyası nisbətən kiçik olub və onun fəaliyyətinin dayandırılması Britaniyanın ümumi enerji təchizatına və elektrik enerjisi istehsalına ciddi təsir göstərməyib.
