İran ABŞ-ın siyasətində dəyişiklik etməyəcəyi və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi halda Hörmüz boğazının açılmayacağını açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi məlumat verib.
Onun sözlərinə görə, belə bir vəziyyətdə Tehran neft ixracının dayandırılması variantını da nəzərdən keçirə bilər:
“İran hazırda münaqişənin daha geniş coğrafiyaya yayılmasında maraqlı deyil. Lakin Vaşinqtonun iqtisadi təzyiqləri davam etdirəcəyi təqdirdə Tehran daha sərt tədbirlərə əl atmağa hazırdır”.
İran rəsmisi digər ölkələrə də xəbərdarlıq edib:
“Dövlətlər ABŞ-ın sanksiyalarına qoşularaq İranın maraqlarına zərər vurarsa, Tehran neft ixracının qarşısını yalnız Hörmüz boğazında deyil, bütün Fars körfəzi boyunca almaq imkanına malikdir”.
