İranın Oman körfəzi sahilində yerləşən Konarak şəhərində baş verən partlayışlar nəticəsində azı 10 nəfər ölüb.
Army.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərdə ardıcıl üç partlayış qeydə alınıb. Hadisənin səbəbi və partlayışların hansı şəraitdə baş verdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Eyni zamanda, ABŞ rəsmisi CNN-ə bildirib ki, Amerika Silahlı Qüvvələri hazırda İran ərazisinə hər hansı zərbə endirmir.
Qeyd edək ki, Konarak Oman körfəzinin qərb hissəsində, Makran sahilində yerləşən və strateji əhəmiyyət daşıyan liman şəhərlərindən biridir.
