Ev Hərbi XəbərlərRusiya gecə hücumu: Ukraynaya 94 dron buraxıldı

Rusiya gecə hücumu: Ukraynaya 94 dron buraxıldı

by Baş Redaktor
36 Baxış

Rusiya gecə saatlarında Ukrayna ərazisinə ümumilikdə 94 pilotsuz uçuş aparatı (PUA) buraxıb. Onlardan təxminən 60-ı “Şahed” tipli dronlar olub.

Army.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin məlumatına görə, ölkənin şimalı, cənubu və şərqində 74 düşmən dronu – “Şahed”, “Gerbera”, “İtalmas” və digər tiplər – vurularaq zərərsizləşdirilib.

Bununla belə, 20 zərbə dronunun 15 müxtəlif nöqtədə hədəflərə düşdüyü bildirilir. Eyni zamanda vurulan dronların qalıqlarının (fraqmentlərinin) 11 fərqli əraziyə düşdüyü qeyd olunur.

banner

Əlaqəli Yazılar Xüsusi