Macarıstanda Viktor Orbanın seçkilərdə məğlubiyyətindən sonra hakimiyyətə gələn Peter Magyarın rəhbərlik etdiyi hökumət ölkənin NATO və Avropa müttəfiqləri ilə əməkdaşlığını genişləndirməyə çalışır. Bu yanaşmanın Avropanın müdafiə potensialını artıracağı və ABŞ-ın maraqlarına uyğun olduğu bildirilir.
Army.az xəbər verir ki, bu fikirlər “The National Interest” nəşrində yer alıb.
Qeyd edilir ki, Orbanın seçkilərdə məğlubiyyətindən sonra baş nazir postunu tutan Peter Magyar Macarıstanın Avropanın təhlükəsizliyi və rəqiblərinə qarşı müdafiə sahəsində üzərinə düşən öhdəlikləri yenidən prioritet elan edib.
Məqalədə vurğulanır ki, Macarıstan Avropanın müdafiəsində daha fəal rol oynamağa hazırdır. Müəllif hesab edir ki, NATO-nun ön cəbhəsində yerləşən ölkənin sərhədlərində regional hərbi əməkdaşlığın genişləndirilməsi Rusiyadan qaynaqlanan risklərə qarşı Avropanın daha müstəqil və effektiv çəkindirmə imkanlarının formalaşmasına töhfə verə bilər.
