Ev Hərbi XəbərlərTürkiyənin döyüş təyyarələri ilə bağlı yeni mübahisə

Türkiyənin döyüş təyyarələri ilə bağlı yeni mübahisə

by Baş Redaktor
17 Baxış

Yunanıstan mediasında Türkiyənin “Eurofighter Typhoon” qırıcıları və “Meteor” raketlərinin tədarükü ilə bağlı müxtəlif iddialar səsləndirilsə də, əldə olunan məlumata əsasən, satınalma prosesində hər hansı problem qeydə alınmayıb.

Army.az xəbər verir ki, bu barədə Yunanıstanın “Enikos” nəşri məlumat yayıb.

Bildirilib ki, ölkənin Müdafiə Nazirliyi Türkiyə üçün nəzərdə tutulan “Meteor” raketlərinin tədarükünü əngəlləmək məqsədilə istehsalçı konsorsiumla bağlanmış razılaşmaya müdaxilə edib.

Nəşr iddia edir ki, bu addım nəticəsində Ankaranın alacağı “Eurofighter Typhoon” qırıcıları raketsiz qala bilər.Məqalədə istinad edilən Yunanıstan Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, nazirlik məsələ ilə bağlı gizli diplomatik danışıqlar aparıb və raket istehsalçıları konsorsiumunda təmsil olunan ölkələrlə razılıq əldə edərək Türkiyənin planlarına mane olmağa çalışıb.

banner

Əlaqəli Yazılar Xüsusi