“Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşdırma naziri Yevgen Osmoçesku deyib ki, Moldova Avropa İttifaqı ölkələrinin hərbi-sənaye sisteminə inteqrasiya olunacaq”.
Army.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Hayk Ayvazyan deyib.
“Yevgen Osmoçesku Brüsselə səfəri zamanı Avropa Komissiyasının Müdafiə Sənayesi və Kosmos Departamentinin baş direktoru Timo Pessonen ilə danışıqlar aparıb. Nazirlik bildirib ki, müzakirələr ikili təyinatlı məhsullar sahəsində əməkdaşlıq məsələlərinə və Moldova müəssisələrinin Avropa İttifaqı tərəfdaşları ilə birgə sənaye təşəbbüslərinə daxil edilməsi imkanlarına yönəlib.
Bu o deməkdir ki, Moldova Qərb tərəfindən Rusiyaya qarşı planlaşdırılan müharibədə “top yemi” kimi istifadə olunacaq.
Ermənistan Kommunist Partiyasının yenidən seçilməsi halında, Ermənistan üçün də eyni şey gözlənilir”, – deyə qeyd edib.