Ev Hərbi Texnologiya65 illik əfsanə xidmətə davam edir: T-38-lər uçuşlara qayıtdı

65 illik əfsanə xidmətə davam edir: T-38-lər uçuşlara qayıtdı

by Baş Redaktor
12 Baxış

ABŞ Hərbi Hava Qüvvələri T-38 Talon təlim təyyarələrinin uçuşlarına tətbiq edilən məhdudiyyəti qismən aradan qaldırıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.

Bildirilib ki, texniki yoxlamalardan uğurla keçən təyyarələrə yenidən uçuş icazəsi verilib. Donanmanın tam şəkildə nə vaxt fəaliyyətini bərpa edəcəyi isə hələ açıqlanmayıb.

Yoxlamalara mayın ortalarında Missisipi ştatında T-38 təyyarəsinin qəzaya uğramasından sonra başlanılmışdı. Hadisə zamanı hər iki pilot katapult edərək xilas olmuşdu.

banner

Qəzanın səbəbi hələlik açıqlanmasa da, ABŞ Hərbi Hava Qüvvələri təhlükəsizlik məqsədilə bütün T-38-lərin uçuşlarını dayandırmış və hər bir təyyarənin ayrıca texniki baxışdan keçirilməsini tələb etmişdi.

Mayın 29-da isə mühəndis və texniki xidmət qrupları tərəfindən hazırlanan yoxlama prosedurlarının tamamlanmasından sonra məhdudiyyət rəsmən ləğv olunub. Hərbi Hava Qüvvələri təhlükəsiz uçuşların bərpası üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.

Bu müddətdə pilot heyətlərinə hazırlıq səviyyəsini qorumaq üçün simulyator məşqlərinə üstünlük vermələri tapşırılıb.

Qeyd edək ki, T-38 Talon 1961-ci ildən istismardadır və ABŞ Hərbi Hava Qüvvələrinin pilot hazırlığında əsas platformalardan biri hesab olunur. Lakin yaşının çox olması səbəbindən bu təyyarələrin texniki xidməti son illərdə daha mürəkkəb və bahalı prosesə çevrilib.

Əlaqəli Yazılar Xüsusi