Türkiyə pilotsuz aviasiya sahəsində əldə etdiyi nailiyyətləri daha da inkişaf etdirərək insanlı və insansız hava platformalarının birgə əməliyyat imkanlarını genişləndirir.
Army.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Bildirilib ki, KIZILELMA və ANKA-3 kimi yeni nəsil pilotsuz döyüş aparatlarının insanlı döyüş təyyarələri ilə eyni missiyada uçuşlar həyata keçirməsi bu konsepsiyanın ən mühüm mərhələlərindən biri hesab olunur.
Məlumata əsasən, Türkiyə son on ildə pilotsuz uçuş aparatlarından ən səmərəli istifadə edən ölkələr sırasında ön sıralara yüksəlib. Xüsusilə Suriyada həyata keçirilən əməliyyatlarda tətbiq edilən yeni taktiki yanaşmalar müasir hərbi strategiyaların formalaşmasına və qlobal hərbi doktrinaların yenilənməsinə ciddi təsir göstərib.
