Ev Ekspert rəyiİsrailli ekspert: Türkiyə İsrail üçün təhdiddir, amma “yeni İran” deyil

İsrailli ekspert: Türkiyə İsrail üçün təhdiddir, amma “yeni İran” deyil

by Baş Redaktor
94 Baxış

Türkiyə son illərdə İsrail üçün mühüm geosiyasi rəqiblərdən birinə çevrilsə də, onu “yeni İran” kimi qiymətləndirmək düzgün yanaşma deyil.

Army.az xəbər verir ki, bu fikirlər Təl-Əviv Universitetinin Dayan Mərkəzinin baş tədqiqatçısı Maykl Milşteynin “Ynet” portalında dərc olunan təhlilində yer alıb.

Analitik bildirib ki, İranla müharibədən sonra İsrail siyasi dairələrində, o cümlədən Baş nazir Benyamin Netanyahu və keçmiş hökumət başçısı Naftali Bennett arasında Türkiyənin “yeni İran” olduğu barədə fikirlər səslənsə də, bu yanaşma reallığı tam əks etdirmir.

Milşteyn qeyd edib ki, Ankara HƏMAS-a dəstək verməsi, Suriyada təsirini artırması, F-35 qırıcılarını əldə etmək və yerli KAAN döyüş təyyarəsini inkişaf etdirmək cəhdləri, həmçinin Aralıq dənizində fəallığını genişləndirməsi ilə İsrailin diqqət mərkəzindədir. Bununla belə, onun sözlərinə görə, Türkiyə hələ də İsraillə diplomatik münasibətləri saxlayır və İran, “Hizbullah” və ya HƏMAS kimi İsrailin məhvini hədəfləyən strategiya yürütmür.

banner

Əlaqəli Yazılar Xüsusi