25
Ermənistanın sabiq baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan saxlanılıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Bildirilib ki, H.Abramyan bir sıra cinayət əməlləri üzrə aparılan araşdırma çərçivəsində saxlanılıb.
Ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əmələ yardım etmə, vəzifə saxtakarlığı və saxta sənəddən istifadə ilə bağlı ittihamlar irəli sürülüb.
