172
Misir Prezidenti Əbdülfəttah əs-Sisi hazırkı prezidentlik müddətinin 2030-cu ildə başa çatacağını bəyan edib.
Army.az xəbər verir ki, o, səlahiyyət müddətinin uzadılması məqsədilə ölkə Konstitusiyasına dəyişiklik edilməsi ehtimalını rədd edib.
“Prezidentlik müddətim 2030-cu ildə sona çatacaq. Bu məsələ artıq qəti şəkildə həll edilib”, – deyə əs-Sisi vurğulayıb.
Xatırladaq ki, Əbdülfəttah əs-Sisi 2014-cü ildən Misirə rəhbərlik edir.
