Ev DünyaZelenski: Ukraynada 15-dən çox enerji obyekti hədəfə alınıb

Zelenski: Ukraynada 15-dən çox enerji obyekti hədəfə alınıb

by Baş Redaktor
179 Baxış

Ukraynanın enerji infrastrukturu son dövrün ən genişmiqyaslı hücumlarından birinə məruz qalıb.

Army.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.

Zelenskinin bildirdiyinə əsasən, ölkənin müxtəlif ərazilərində yerləşən 15-dən artıq strateji əhəmiyyətli enerji obyekti hücumların hədəfi olub.

Ukrayna lideri qeyd edib ki, vəziyyət xüsusilə Lutsk, Rivne, Jitomir, Vinnitsa, Şepetovka və Slavuta şəhərlərində daha ağırdır. Onun sözlərinə görə, Xarkov, Kiyev, Dnepropetrovsk və digər vilayətlərdəki enerji infrastrukturu da zərbələrə məruz qalıb.

banner

Əlaqəli Yazılar Xüsusi