“Türkiyənin əsas hədəfi bölgədə qarşıdurma yaratmaq yox, sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına töhfə verməkdir”.
Army.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Türkiyə lideri bildirib ki, Ankara heç bir ölkə ilə böhran və ya münaqişə mühiti formalaşdırmaq niyyətində deyil.
“Biz nə qarşıdurma, nə xaos, nə də düşmənçilik istəyirik. Başqa dövlətlərin ərazi bütövlüyünə, suveren hüquqlarına və qanuni maraqlarına qarşı heç vaxt iddiamız olmayıb. Lakin eyni zamanda ölkəmizin təhlükəsizliyinə yönələn təhdidlərə və milli maraqlarımıza zərər vurulmasına da imkan vermərik”, — deyə Rəcəb Tayyip Ərdoğan vurğulayıb.
