Ev Hərbi XəbərlərKreml: Rusiya Ukraynada qələbə əldə edəcəyinə əmindir

Kreml: Rusiya Ukraynada qələbə əldə edəcəyinə əmindir

by Baş Redaktor
31 Baxış

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Ukraynadakı müharibənin nəticəsi ilə bağlı mövqeyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Peskov bildirib ki, Rusiya yalnız qələbəyə ümid etmir, həm də onun əldə olunacağına əmindir:

“Qələbənin hansı vasitələrlə əldə ediləcəyi isə mövcud vəziyyətin inkişafından asılı olacaq”.

banner

Kremlin sözçüsü eyni zamanda Rusiyanın münaqişənin sülh yolu ilə həllinə açıq qaldığını vurğulayıb. Lakin Peskovun sözlərinə görə, hazırda belə nizamlanma üçün lazımi şərait formalaşmadığından Moskva hərbi əməliyyatları davam etdirir.

Əlaqəli Yazılar Xüsusi