Ev Hərbi Xəbərlər“Məni asacaqlar” – Putinin müharibə ilə bağlı qorxusu üzə çıxdı

“Məni asacaqlar” – Putinin müharibə ilə bağlı qorxusu üzə çıxdı

by Baş Redaktor
141 Baxış

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsi fonunda ciddi dilemma qarşısında qaldığı və müharibənin dayandırılmasını hakimiyyəti, hətta həyatı üçün təhlükə kimi gördüyü iddia edilir.

Army.az xəbər verir ki, bu barədə “Ekonomist” məlumat yayıb.

Putin yaxın çevrəsinə “Məni asacaqlar” deyib. Nəşr bildirir ki, Rusiya lideri yay aylarında bir neçə həftə davam edən müzakirələrdən sonra müharibəni dayandırmaq əvəzinə qarşıdurmanı daha da sərtləşdirmək qərarına gəlib.

Məqalədə Kremlin əsas problemlərindən birinin böyük itkilərə baxmayaraq, Moskvanın nəzərəçarpacaq nəticə əldə edə bilməməsi olduğu qeyd olunur.

banner

Eyni zamanda, Ukraynanın dron hücumlarının Rusiyanın daha dərin ərazilərinə qədər çatdığı, ölkədə əvvəlki normal həyat təsəvvürünün zəiflədiyi və cəmiyyətdə narazılığın artdığı bildirilir. Nəşr Rusiyanın siyasi elitasında vəziyyətə münasibətin daha pessimist olduğunu da vurğulayır.

Əlaqəli Yazılar Xüsusi