Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qara dənizdə mülki gəmilərin hədəfə alınmasını qəbuledilməz hesab edir.
Army.az xəbər verir ki, bgu barədə “Reuters” məlumat yayıb.
Aİ rəsmisi bildirib ki, hücumlar nəticəsində kommersiya məqsədli gəmilər və onların ekipajları təhlükə ilə üzləşir. Onun sözlərinə görə, dənizdə artıq itkilər də qeydə alınıb.
Fon der Lyayen qeyd edib ki, bu cür insidentlərin səbəbləri və şəraiti araşdırılır. O, Qara dənizdəki vəziyyətin getdikcə daha çox narahatlıq doğurduğunu vurğulayıb.
Bundan əvvəl Bolqarıstanın baş naziri Rumen Radev ölkə sahilləri yaxınlığında iki ticarət gəmisinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını açıqlayıb. Onun sözlərinə görə, gəmilərdən biri nəticədə batıb.
