Ev DünyaUitkoff İranla müzakirələrin nəticəsini açıqladı

Uitkoff İranla müzakirələrin nəticəsini açıqladı

by Baş Redaktor
16 Baxış

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İranla vasitəçilərin iştirakı ilə aparılan məsləhətləşmələrin müsbət nəticələndiyini açıqlayıb.

Army.az xəbər verir ki, Uitkoff bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində İran nümayəndələri ilə vasitəçilər üzərindən uzunmüddətli müzakirələr keçirilib.

Xüsusi nümayəndənin sözlərinə görə, vasitəçilər gün ərzində tərəflər arasında kommunikasiya yaradaraq danışıqlar prosesini davam etdiriblər.

banner

“Ümid edirik ki, konstruktiv və perspektivli xarakter daşıyan bu danışıqlar raundu uğurla başa çatıb. Vasitəçilər fəaliyyətlərini davam etdirəcəklər”, – Uitkoff qeyd edib.

Əlaqəli Yazılar Xüsusi