Ev Dünya“Bıçaq boğazımıza dirənib”: Fransada iqtisadi vəziyyət ağırlaşır

“Bıçaq boğazımıza dirənib”: Fransada iqtisadi vəziyyət ağırlaşır

by Baş Redaktor
31 Baxış

“Fransa maliyyə böhranının astanasındadır. Bazarlara siqnal göndərməliyik”.

Army.az xəbər verir ki, bunu Fransanın keçmiş baş nazir Mişel Barnye deyib.

O, Fransanın qarşıdan gələn prezident seçkiləri ərəfəsində ciddi maliyyə böhranı riski ilə üzləşdiyini bildirib.

İnvestorları narahat edən əsas məsələlərdən biri də seçkilərdə Marin Le Pen və ya Jan-Lük Melanşonun qalib gəlməsi ehtimalıdır. “Politico”nun məlumatına görə, hər iki siyasətçi pensiya yaşının azaldılmasını və bu istiqamətdə milyardlarla avro vəsait ayrılmasını nəzərdə tutan vədlər verib.

banner

Fransa hökumətinin adının açıqlanmasını istəməyən nümayəndələrindən biri isə ölkənin həm ictimai narazılıq, həm də maliyyə bazarlarının təzyiqi ilə üzləşdiyini bildirib:

“Bıçaq boğazımıza dirənib, artıq axan qanın damcılarını hiss edirik. Etirazçıların narazılığını eşitdiyimizi göstərməliyik. Amma bazardakı vəziyyəti nəzərə alsaq, manevr imkanlarımız məhduddur”.

Əlaqəli Yazılar Xüsusi