Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə fəaliyyət göstərən husilərin paytaxt Ər-Riyada doğru atdığı ballistik raketi zərərsizləşdirib.
Army.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat yayıb.
Əl-Maliki “X” sosial şəbəkəsindəki paylaşımında raketin husilər tərəfindən Səudiyyə Ərəbistanının paytaxtına yönəldildiyini və havada məhv edildiyini bildirib.
Hadisə ilə bağlı açıqlamada raketin zərərsizləşdirilməsindən başqa əlavə təfərrüatlar təqdim olunmayıb.
